axin.az

SON DƏQİQƏ

İtaliyada bir gündə 474 nəfər koronavirusdan öldü

3-05-2020, 09:00

İtaliyada bir gündə 474 nəfər koronavirusdan öldüSon gün ərzində İtaliyada koronavirusdan ölənlərin sayı yenidən 500-ə yaxınlaşıb.

“Axin.az” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Məlumata görə, ölkədə daha 474 nəfər infeksiyanın qurbanı olub.

Departament bildirib ki, son bir gündə ölkədə xəstəlikdən sağalanların sayı 1 665 nəfər təşkil edib. Bununla da ümumilikdə 79 914 nəfər virusdan sağalıb. Xəstəxanaların intensiv terapiya şöbələrindəki pasiyentlərin sayı 1,5 minə qədər azalıb.

İtaliyada pandemiyanın başlanğıcından koronavirusa yoluxanların sayı 209 328 nəfərə yüksəlib. Bu rəqəm son bir gündə 1 900 təşkil edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA