Son bir gün ərzində Böyük Britaniyada koronavirusdan ölənlərin sayı daha 621 nəfər artıb.
“Axin.az” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə kommunal işlər üzrə nazir Robert Cenrik bildirib.
O, qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 28 131 nəfərə çatıb.
Son gün ərzində COVID-19-a yeni yoluxma hallarının sayı daha 4 806 artıb. Bununla da ölkədə koronavirus xəstələrinin sayı 182 260 nəfərə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.