axin.az

SON DƏQİQƏ

Moskvada koronavirus qurbanlarının sayı 700-ü ötdü

3-05-2020, 11:46

Moskvada koronavirus qurbanlarının sayı 700-ü ötdüRusiyanın paytaxtı Moskvada daha 34 nəfər koronavirusdan ölüb.

“Axin.az” xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Profilaktika üzrə Operativ Qərargahı məlumat yayıb.

Məlumata görə, Rusiya paytaxtında koronavirusdan ölənlərin sayı 729 nəfərə çatıb. Qeyd edilir ki, virusa yoluxmuş 15 minə yaxın şəxs xəstəxanalardan buraxılıb.

Rusiyada ümumilikdə 124 054 nəfərə COVID-19 diaqnozu qoyulub. Ölkə dünyada koronavirusa yoluxma hallarının sayına görə 7-ci yer tutur.

Dünyada COVID-19-a ən çox yoluxma halları ABŞ, İspaniya və İtaliyada qeydə alınıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA