Özbəkistanın Sırdərya vilayətində su anbarı daşaraq qəsəbəni basıb.
“Axin.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti yayıb.
Bildirilib ki, Sırdərya vilayətindəki Sərdobin su anbarında baş verən hadisə nəticəsində eyniadlı rayonun Kurqantəpə qəsəbəsini su basıb.
Məlumata görə, sakinlər qonşu rayonlara təxliyə edilib. Hadisə nəticəsində itki və xəsarət alanın olmadığı bildirilib.
Sardabin su anbarı 2017-ci ildə tikilib və 922 milyon kubmetr su tutumuna malikdir.