Hindistanda son sutkada koronavirusdan 73 nəfər ölüb.
“Axin.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi yayıb.
Bildirilib ki, infeksiyadan ölənlərin sayı 1 147-yə çatıb. Son sutkada 2 000-dən çox insan virusa yoluxub. Bununla da yoluxanların sayı 33 050 nəfər olub.
Son sutkada 564 nəfər sağalıb. Ölkə üzrə onların sayı 8 888-ə yüksəlib. Hazırda 25 007 xəstə müalicə alır.
Hindistanın baş naziri Narendra Modi martın 25-dən tətbiq edilən özünütəcrid rejiminin müddətini mayın 3-dək uzadıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırdavirus 210 ölkə və bölgədə qeydə alınıb.