axin.az

SON DƏQİQƏ

Gürcüstanda turizmə dəstək proqramı hazırlanır

30-04-2020, 17:35

Gürcüstanda turizmə dəstək proqramı hazırlanır“Gürcüstanın turizm sektoru koronavirus pandemiyasının yaratdığı böhrandan xüsusilə zərər görüb”.

“Axin.az”in yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, bu sahədə inkişafı bərpa etmək üçün xüsusi yanaşma tələb olunur.

Nazir deyib ki, böhranın ilk günündən Gürcüstan hökuməti turizm sənayesinə müxtəlif güzəşt və proqramlarla kömək göstərib: “Lakin bunlar yetərli deyil. Turizm sektoruna böhrandan öncəki gəlirliliyini bərpa etmək üçün zaman tələb olunur. Eyni zamanda, biz olduqca nikbinik ki, Gürcüstan epidemiyaya qalib gələcək ilk ölkələrdən biri olacaq və öz sərhədlərini açacaq”.

N.Turnava qeyd edib ki, hökumət turizmə dəstək proqramı üzərində çalışır: “Bu proqrama indi həyata keçiriləcək anti-böhran tədbirləri və gələcək üçün stimullaşdırıcı addımlar daxildir”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA