axin.az

SON DƏQİQƏ

Emil Balayev yenidən Qazaxıstanda oynaya bilər

30-04-2020, 15:30

Emil Balayev yenidən Qazaxıstanda oynaya bilər"Zirə"nin qapıçısı Emil Balayev yenidən Qazaxıstan Premyer Liqasında oynaya bilər.

Axin.az vesti.kz saytına istinadən xəbər verir ki, millimizin qapıçısının "Kaysar"a transferi mümkündür. Bildirilib ki, Emilin "Zirə" ilə iyunun 30-na kimi müqavilə imzalaması onun yenidən ölkə xaricində oynamaq arzusundan xəbər verir. "Kaysar"ın 26 yaşlı qapıçının yeni klubu ola biləcəyi vurğulanıb.Buna səbəb kimi isə komandanın avrokuboklara vəsiqə qazanması göstərilib. "Kaysar"ın baş məşqçisi Stoyço Mladenovin etibarlı qapıçıya ehtiyacı olduğu üçün tərəflərin müəyyən güzəştə getməli olduğu yazılıb.

Qeyd edək ki, E.Balayev 2019-ci ilin yanvarından bu ilin yanvarına kimi "Tobol"da oyayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA