Koronavirus pandemiyası ilə mübarizənin qızğın dövründə Peru prezidenti Martin Viskarra Daxili İşlər naziri Karlos Moranı istefaya yollayıb.
Bu barədə yerli “Comercio” qəzeti xəbər yayıb.
Bildirilir ki, DİN rəhbəri bir gün əvvəl 1 200 hüquq mühafizəçisinin COVID-19-a yoluxduğunu elan etmişdi.
Ölkənin baş naziri Visente Sebalos nazirin şəxsi səbəblərdən istefa verdiyini deyib:
“Nazir Moran şəxsi səbəblərdən istefa verib. O, 2018-ci ilin oktyabr ayından nazirliyə rəhbərlik edirdi və biz onun bu qərarına hörmətlə yanaşırıq”.
Artıq yeni DİN rəhbəri təyin olunub. Əvvəllər milli polisə rəhbərlik edən Qaston Rodriges Limo vəzifələrinin icrasına başlayıb.