axin.az

SON DƏQİQƏ

Gürcüstanda bəzi məhdudiyyətlər aradan qaldırılır

24-04-2020, 17:40

Gürcüstanda bəzi məhdudiyyətlər aradan qaldırılır
Gürcüstanda koronavirus epidemiyasına görə tətbiq olunan məhdudiyyətlərin aprelin 27-dən yüngülləşdirilməsinə başlanılacaq.

“Axin.az”in yerli bürosu xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib.

O deyib ki, ölkə ərazisində şəxsi avtomobil və taksi ilə hərəkət bərpa olunacaq: “Bazar ertəsindən başlayaraq onlayn ticarətə, istənilən məhsulun çatdırılması xidmətinə və açıq tipli aqrar bazarların fəaliyyətinə də icazə veriləcək”.

Qeyd edək ki, qonşu ölkədə aprelin 17-dən 27-dək minik avtomobilləri ilə hərəkətə qadağa tətbiq olunur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA