axin.az

SON DƏQİQƏ

İspaniyada fövqəladə vəziyyət rejiminin müddəti yenidən uzadıldı

23-04-2020, 11:38

İspaniyada fövqəladə vəziyyət rejiminin müddəti yenidən uzadıldıİspaniya Konqresi COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejiminin müddətini mayın 10-na qədər uzatmaq haqqında hökumətin təklifini bəyənib.

“axin.az” xəbər verir ki, iclasda 300-ə yaxın millət vəkili onlayn səs verib.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət müddəti üçüncü dəfə uzadılıb.

İspaniya koronavirusdan ən çox zərər çəkmiş ölkələrdən biridir. İspaniya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 208 389 yoluxma, 21 717 ölüm halı qeydə alınıb, 85 915 xəstə sağalıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA