axin.az

SON DƏQİQƏ

Gürcüstan prezidenti fövqəladə vəziyyətin müddətinin uzadılmasını dəstəklədi

18-04-2020, 11:21

Gürcüstan prezidenti fövqəladə vəziyyətin müddətinin uzadılmasını dəstəklədiGürcüstan prezidenti Salome Zurabişvili koronavirusla bağlı ölkədə elan edilən fövqəladə vəziyyətin mayın 10-dək uzadılmasını dəstəkləyib.

“axin.az”in yerli bürosu xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.

Prezident ölkə vətəndaşlarına müraciət edərək onları evdə qalmağa, tələb və tövsiyələrə əməl etməyə çağırıb.

Qeyd edək ki, Gürcüstanda bu günə qədər koronavirus 370 nəfərdə təsdiqlənib. Onların 79-u sağalıb, 3-ü isə dünyasını dəyişib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA