axin.az

SON DƏQİQƏ

Gürcüstanda fövqəladə vəziyyətin müddəti uzadıldı

14-04-2020, 21:53

Gürcüstanda fövqəladə vəziyyətin müddəti uzadıldı
Gürcüstanda aprelin 21-dək elan olunan fövqəladə vəziyyətin müddəti mayın 10-na qədər uzadılıb.

“axin.az”in yerli bürosu xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.

Onun sözlərinə görə, aprelin 15-i saat 21:00-dan başlayaraq Tbilisi, Rustavi, Batumi və Kutaisi şəhərlərinə giriş-çıxış 10 gün ərzində qadağan olunacaq.

Qeyd edək ki, Gürcüstanda indiyədək 296 nəfər koronavirusa yoluxub. Onların 69-u sağalıb, 3-ü isə ölüb.

Qonşu ölkədə martın 31-dən ümumi karantin elan olunub. Xüsusi rejim çərçivəsində saat 21:00-dan 06:00-dək komendant saatı da tətbiq edilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA