axin.az

SON DƏQİQƏ

Ermənistanda koronavirusa yoluxanların sayı 850-ni ötdü

7-04-2020, 13:49

Ermənistanda koronavirusa yoluxanların sayı 850-ni ötdüErmənistanda koronavirusa yoluxanların sayı 853-ə çatıb.

“axin.az” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib.

O deyib ki, 8 pasiyentin vəziyyəti çox ağır, 35-nin durumu ağırdır.

Son sutka ərzində Ermənistanda daha 20 nəfər virusa yoluxub. Bu günədək 8 nəfərin pandemiyadan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 348 000-i ötüb. Bunların 286 512 nəfəri sağalıb, 74 795 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA