Qazaxıstanda daha 8 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.
“Axin.az” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, Orta Asiya ölkəsində koronavirus daşıyıcılarının rəsmi sayı 302 nəfərə çatıb.
Qeyd edək ki, Qazaxıstanda ən çox yoluxma faktları paytaxt Nur-Sultanda qeydə alınıb - 168.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 199 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 739 000-i ötüb. Bunların 156 588 nəfəri sağalıb, 35 018 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.