axin.az

SON DƏQİQƏ

Hindistanda koronavirusa yoluxanların sayı 1 000 nəfərə çatır

29-03-2020, 12:57

Hindistanda koronavirusa yoluxanların sayı 1 000 nəfərə çatırHindistanda yeni növ koronavirusa yoluxma hallarının sayı son sutka ərzində 145 vahid artaraq bazar günü səhərə 979 nəfər təşkil edib.

“Axin.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistan Səhiyyə və Ailənin Rifahı Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Hindistanda hazırda 867 xəstə müalicə olunur. Yoluxanların arasında 48 xarici vətəndaş da var. Bundan əlavə, 87 nəfər sağalıb, 25 nəfər ölüb.

Ən çox yoluxma halları Maharaştra (186 nəfər) və Kerala (182) ştatlarında qeydə alınıb. Paytaxt Nyu-Delidə 1-i əcnəbi olmaqla 39 nəfər virusa yoluxub.

Hindistanda koronavirusun yayılmasına qarşı misli görünməmiş tədbirlər görülür. Martın 23-də Baş nazir Narendra Modi bütün ştatların və birlik ərazilərinin səlahiyyətlilərini aprelin 14-dək xüsusi rejimin qorunması tədbirlərinə ciddi riayət olunmasına çağırıb. Vətəndaşlara heç yerə getməmək və mümkünsə, evdən çıxmamaq tapşırılıb. Nyu-Deli, Mumbai, Kəlküttə, Çennai, Banqalor da daxil olmaqla, bütün şəhərlərə giriş-çıxış qapadılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA