axin.az

SON DƏQİQƏ

Fransa koronavirusa qarşı hərbi əməliyyata başlayır

26-03-2020, 09:38

Fransa koronavirusa qarşı hərbi əməliyyata başlayırFransa COVID-19 epidemiyasına qarşı mübarizə məqsədilə hərbi əməliyyata başlayır.

“Axin.az”in Fransa bürosu bildirir ki, bu barədə ölkə prezidenti Emmanuel Makron “Mulhouse” hərbi xəstəxanasındakı çıxışı zamanı bildirib.

Hərbi əməliyyat “Müqavimət” adlanacaq, əhaliyə, ictimai xidmət orqanlarına, habelə xəstəxanalara komək edəcək.

E.Makron bildirib ki, hərbi əməliyyat xüsusilə səhiyyə, logistika və müdafiə sahələrinə yeni virusa qarşı mübarizədə dəstək olacaq.

“Bu hələ ki, başlanğıcdır, lakin biz bunun öhdəsindən gələcəyik”, - dövlət başçısı bildirib.

E.Makron ölkə əhalisini yeni virusla mübarizədə həmrəy olmağa çağırıb.

Qeyd edək ki, Fransada son sutka ərzində koronavirusdan 231 nəfər vəfat edib. Beləliklə, ölkədə bu günədək COVID-19 virusundan ölənlərin sayı 1 331 nəfərə çatıb. Yeni virusa yoluxanların ümumi sayı 25 233 nəfərdir. Hazırda 11 539 nəfər xəstəxanalardadır, onların 2 827 nəfəri ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Ölkədə bu günə qədər 3 900 nəfər sağalaraq evə buraxılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA