axin.az

SON DƏQİQƏ

Marneuli və Bolnisidə 25-ə yaxın şəxs tibbi nəzarətə götürülüb

26-03-2020, 10:30

Marneuli və Bolnisidə 25-ə yaxın şəxs tibbi nəzarətə götürülüb“Marneuli və Bolnisidə 35 min insan tibbi yoxlanışdan keçirilib”.

“Axin.az”in yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

O deyib ki, 25-ə yaxın şəxs tibbi nəzarət altına alınıb.

Nazirin sözlərinə görə, hazırda hər iki rayonda vətəndaşların vəziyyəti sabitdir: “Əlavə müdaxilələrə və klinikalara çatdırılmalara ehtiyac yoxdur. Lazım gələrsə, əlbəttə pasiyentlərin sağlamlığına təhlükə yaratmamaq üçün əlavə tədbirlər görüləcək”.

E.Tikaradze qeyd edib ki, Marneuli və Bolnisi əhalisi üçün koronavirusu qısa zamanda müəyyən edən 1 000 test çatdırılıb. Nazirin sözlərinə görə, bu testlərin vasitəsilə koronavirusu 6 saat əvəzinə yarım saata müəyyən etmək mümkündür.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA