axin.az

SON DƏQİQƏ

Bu ölkədə koronavirusa görə küçəyə çıxmaq qadağan edildi

25-03-2020, 17:53

Bu ölkədə koronavirusa görə küçəyə çıxmaq qadağan edildiDünyanın ən çox əhalisinə sahib ikinci ölkəsi olan Hindistanda Baş nazir Narendra Modi vətəndaşlara 21 gün evlərindən çölə çıxmağa qadağa qoyub.

Axin.az xəbər verir ki, baş nazir bu qadağanı koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə etdiyini açıqlayıb.

O, insanlardan bir-birilərindan uzaq qalmalarını istəyib.

Bunun tək çıxış yolu olduğunu vurğulayan Modi mərkəzi hökumət və əyalətlərin əsas ehtiyaclarını təmin etmək üçün səhiyyə sektorunun infrastrukturunu gücləndirmək məqsədilə iki milyard dollar ayrıldığını deyib.

Qeyd edək ki, 1,3 milyard insanın evlərindən çölə çıxmasının qadağan olunduğu Hindistanda koronavirus səbəbindən indiyə qədər 10 nəfər həyatını itirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA