"Bir Zamanlar Çukurova"nın "Züleyha"sı, aktrisa Hilal Altınbilek sosial mediada yeni fotosunu paylaşıb.
Axin.az xəbər verir ki, görüntüdə aktrisa ilə yanaşı anası da yer alıb.
Şəkli görənlər "Gözəlliyində anana bənzəyirsən", "Nə cavan anan var, elə bil, bacındır" kimi sözlər yazıblar.
Foto qısa zamanda minlərlə "like" toplayıb.