Gürcüstan hökuməti koronavirusun yayılması riskinin azaldılması məqsədilə ölkə ərazisində əlavə məhdudiyyətlər barədə qərar qəbul edib.
“Report”un yerli bürosu xəbər verir ki, ölkədə şəhərlərarası qatarların hərəkəti dayandırılacaq.
Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib ki, məhdudiyyətlər bu gün axşam saatlarında qüvvəyə minəcək: “Dəmir yolu daxil olmaqla, şəhərlərarası bütün sərnişin daşımaları dayandırılacaq. Fövqəladə vəziyyət ekstremal qərarlar tələb edir”.
Qeyd edək ki, Gürcüstanda aprelin 21-dək fövqəladə vəziyyət elan olunub.