Almaniyada koronavirusa yoluxanların sayı artıb.
“Axin.az” xəbər verir ki, bu barədə “Focus Online” nəşri bildirib.
Nəşrin məlumatına görə, ölkədə xəstələrin sayı 22,1 min nəfəri ötüb. Həmçinin qeyd edilir ki, 76 insan COVID-10 infeksiyasının qurbanı olub.
Yoluxma hallarının ən böyük sayı Şimali Reyn-Vestfaliyanın payına düşür - burada 6,7 min nəfərdən çox insan virusa yoluxub. Bavariyada 3 695, Baden-Vürtemberqdə 3 818 yoluxma halı qeydə alınıb.
Nəşrin hesablamasına görə, xəstəliyin yayılma sürəti azalıb. Daha əvvəl artım 30%-i ötürdü, indi o 12,1% təşkil edir.