axin.az

SON DƏQİQƏ

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

21-03-2020, 19:20

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdıErmənistanda daha 24 nəfərə koronavirus diaqnozu qoyulub.

“Axin.az” “News.am”a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Beləliklə, Ermənistanda koronavirus daşıyıcılarının sayı 160-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 186 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 278 557-ə çatıb. Bunların 92 906 nəfəri sağalıb, 11 554 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA