“Muhteşem yüzyıl” serialı ilə məşhurlaşan aktrisa Məryəm Üzərli üzündə estetik müdaxilənin olduğunu etiraf edib.
Axin.az xəbər verir ki, üz cizgilərini bəyənməyən Üzərli botoks etdirsə də, alınan nəticədən razı qalmadığını bildirib:
“Özümdən əmin olmadığım ərəfədə botoks etdirirdim, amma hazırda istifadə etmirəm. Nəticə məni qane etmədi”.
Aktrisa heç vaxt plastik əməliyyatlar etdirmədiyini və çənəsinin formasını dəyişdirmədiyini də söyləyib:
"Müntəzəm olaraq plastik cərrahın qəbulunda oluram, amma əməliyyat üçün yox. Üzümün dərisinə uyğun olan xüsusi bir krem üçün gedirəm”.