Öskürək və nəfəsalma çətinliyi çəkən dünyaca məşhur model Heydi Klum ötən gün həyat yoldaşı Tom Kualtizlə birgə karantinə alınıb.
Axin.az xəbər verir ki, sənətçi əri birlikdə şüşə kənarından bir-birini öpdükləri kadrları sosial media hesabında paylaşıb.
O, videoya bu sözləri yazıb:
“Həftəboyu xəstə idim və çox təəssüf ki, bir neçə gün öncə turnedən geri qayıdan həyat yoldaşım özünü nasaz hiss etdi. Bir-birimizi qorumaq üçün koronavirus testi etdirdik və ayrı-ayrı otaqlarda karantində qalırıq. Virusu yaymaq və başqalarını xəstə etmək istəmirik. Düzgün hərəkət etmək, yoluxdurmamaq ona sarılmaq və öpmək istəməkdən daha önəmlidir”.