Pakistanda 94 nəfər yeni növ koronavirusa yoluxub.
“Axin.az” xəbər verir ki, bu barədə RİA “Novosti” “Dawn” nəşrinə istinadən məlumat yayıb.
Ən çox yoluxma hadisəsi (76 nəfər) Sindh əyalətində qeydə alınıb. Bəlucistan əyalətində 10, Gilgit-Baltistan əyalətində 5, federal paytaxt ərazisində 2, Pəncabda isə 1 yoluxma halı baş verib.
Senator Murtaza Vahabın dediyinə görə, Sindh əyalətində yoluxanların sayı İrana səfər etdikdən sonra əyalətə gələn şəxslərdə təhlillər aparıldıqdan sonra kəskin artıb.