axin.az

SON DƏQİQƏ

Gürcüstanda daha bir koronavirus xəstəsi sağaldı

15-03-2020, 19:41

Gürcüstanda daha bir koronavirus xəstəsi sağaldıGürcüstanda koronavirusa yoluxan ikinci şəxs sağalıb.

“Axin.az”in yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Marina Ezuqbaya bildirib.

O deyib ki, İrandan qayıdan həmin pasiyentlə bağlı ötən gün koronavirusla bağlı aparılan testin cavabı mənfi olub: “24 saat ərzində təkrar analiz aparılacaq və əgər cavab yenidən mənfi olsa, biz həmin şəxsin tam sağaldığını deyə biləcəyik”.

Qeyd edək ki, ötən gün Gürcüstanda koronavirusa ilk yoluxan azərbaycanlı da sağalmağa başlayıb. Onunla bağlı təkrar test aparılıb və nəticələr bu gün ərzində açıqlanacaq.

Hazırda Gürcüstanda koronavirus diaqnozlu 30 pasiyent var. Karantində 439, stasionar nəzarətdə isə 64 nəfər saxlanılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA