Argentina təmsilçisi "Ximnasiya və Esqrima”nın baş məşqçisi Dieqo Maradona komandadan təcrid edilib.
Axin.Az xəbər verir ki, bunu klubun tibb şöbəsinə rəhbərlik edən Flavio Tunessi deyib.
"Radio Provincia”ya açıqlama verən Tunessi bunları söyləyib: "Təhlükəsizlik tədbirləri vacibdi. Maradonanın səhhəti ilə bağlı risk edə bilməzdik. O, komandadan təcrid olunub. Hazırda birinci mərtəbədəki otaqdadı”.
Qeyd edək ki, uzun müddət narkotik vasitələrdən istifadə edən veteran superulduzun səhhətində problemlər var. 59 yaşlı çalışdırıcı son vaxtlar sağlıq durumundan davamlı şəkildə şikayətlənir.