Müğənni Lolita Milyavskaya ərindən boşana bilmir.
Axin.az xəbər verir ki, buna səbəb sənətçinin vəkilinin İtaliyadan yeni qayıtması olub. Vəkil koronavirus təhlükəsi ilə karantinə alınıb.
Lolitanın məhkəməsi martın 13-də baş tutmalı idi. İfaçı Dmitri İvanovla bütün bağlılıqların həmin gün bitəcəyini planlaşdırsa da, arzusu gerçəkləşməyib.
Cütlüyün ayrılmasına səbəb Dmitrinin ona xəyanət etməsi olub. O, hazırda başqa bir xanımla yaşayır.