axin.az

SON DƏQİQƏ

Namibiyada koronavirusa ilk yoluxma qeydə alındı

14-03-2020, 16:29

Namibiyada koronavirusa ilk yoluxma qeydə alındıAfrikanın daha bir ölkəsi Namibiyada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

“Axin.az” RİA "Novosti”yə istinadən xəbər verir ki, ölkədə iki şəxsə koronavirus diaqnozu qoyulub.

Məlumata görə, hər iki yoluxan şəxs İspaniyadan gəlmiş xarici vətəndaşlardır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 148 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 146 326-yə çatıb. Bunların 72 556 nəfəri sağalıb, 5 443 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA