axin.az

SON DƏQİQƏ

Rusiya Avropaya uçuşları məhdudlaşdırır

14-03-2020, 10:40

Rusiya Avropaya uçuşları məhdudlaşdırır

Rusiya martın 16-dan etibarən Avropa İttifaqı ölkələrinə uçuşları müvəqqəti olaraq məhdudlaşdırır.

Trend-in məlumatına görə, bu barədə Rusiya Koronavirus İnfeksiyasının Qarşısının Alınması və Mübarizə Mərkəzi bəyanat yayıb.

Bəyanatda qeyd edilir ki, məhdudiyyət Rusiya vətəndaşlarının Avropaya gediş-gəlişinə şamil olunmayıb.

Sözügedən çarter reyslərin Şeremetyevo aeroportunun F Terminalında həyata keçirələcəyi qeyd edilib.

Qeyd edək ki, 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayan yeni növ koronavirusa dünya üzrə yoluxma sayı martın 13-nə olan göstəricələrə görə, ümumilikdə 127 ölkə/ərazi üzrə 134 768 nəfərdir.

Bu günə qədər virus infeksiyasından 4983 şəxsin dünyasını dəyişdiyi, 70 387 şəxsin isə sağaldığı qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il fevralın 11-də virusun adını COVİD-19 olaraq müəyyənləşdirib. ÜST martın 11-də dünya üzrə müşahidə olunan kütləvi yoluxmalara görə COVİD-19-u pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA