axin.az

SON DƏQİQƏ

Ermənistanda 57 nəfər karantinə alındı

12-03-2020, 17:45

Ermənistanda 57 nəfər karantinə alındıErmənistanda 57 nəfər koronavirusa yoluxma şübhəsi ilə karantinə alınıb.

“Axin.az” “Panorama.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan “Facebook” səhifəsində yazıb.

Onun yazdığına görə, həmin şəxslər koronavirusa yoluxan 3 nəfərlə təmasda olublar.

Qeyd edək ki, Ermənistan 4 vətəndaşının COVİD-19-a yoluxduğunu rəsmi olaraq elan edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 127 810-a çatıb. Bunların 68 335 nəfəri sağalıb, 4 717 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA