axin.az

SON DƏQİQƏ

Gürcüstan hökuməti koronavirusa görə fövqəladə iş rejiminə keçir

12-03-2020, 12:57

Gürcüstan hökuməti koronavirusa görə fövqəladə iş rejiminə keçir“Gürcüstanın nazirlik və idarələri yeni növ koronavirusun dünyada və respublikada yayılması ilə əlaqədar fövqəladə iş rejiminə keçir”.

TASS-ın məlumatına görə, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxariya Nazirlər Kabinetinin iclasında açıqlama verib.

“Bütün dövlət qurumları 24 saatlıq fövqəladə iş rejiminə keçirlər. Bu, xüsusilə Səhiyyə, Daxili İşlər, Təhsil, Ədliyyə, Xarici İşlər, Maliyyə nazirliklərinə və müvafiq idarələrə aiddir”, - deyə Baş nazir bildirib.

Onun sözlərinə görə, dünyada koronavirus pandemiyası fonunda Gürcüstan hökumətinin ölkədə xəstəliyin öhdəsindən uğurla gəlməsi arxayınlıq yaratmamalıdır.

Qeyd edək ki, Gürcüstanda 24 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb. Hazırda 295 nəfər karantində, 49 nəfər isə həkim nəzarəti altında stasionar müalicədədir. Yoluxanlar Gürcüstan vətəndaşlarıdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA