“Gürcüstanda koronavirusla bağlı yaranan vəziyyətlə əlaqədar olaraq iqtisadi stimullaşdırma üzrə plan hazırlanmalıdır”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria iqtisadi komandaya tapşırıq verib.
Hökumət başçısının sözlərinə görə, Gürcüstanın gələcək iqtisadi inkişafının qayğısına qalmaq əsas prioritetlərdən biridir: “Buna görə də iqtisadi komandaya yaxın zamanlarda, bu gün, günün sonuna qədər iqtisadi stimullaşdırma ilə bağlı konkret plan təqdim etmək tapşırılır. Planın sabahdan etibarən həyata keçirilməsinə başlanılacaq”.