Avstraliyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Axin.az xəbər verir ki, bu barədə “9news” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin şimal-şərqində, Kvinslend ştatında qeydə alınıb. Qəza nəticəsində 5 nəfər həlak olub.
Telekanal bildirib ki, xilasedicilər təyyarənin qalıqlarını Keyp-York yarımadasının çimərliyində aşkarlayıblar.