axin.az

SON DƏQİQƏ

Gürcüstan Qətəri “İpək yolu”na cəlb edir

3-03-2020, 16:38

Gürcüstan Qətəri “İpək yolu”na cəlb edirGürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava Qətərə səfər edib.

“Axin.az”in yerli bürosu xəbər verir ki, səfər çərçivəsində o, Qətərin Nəqliyyat və Rabitə naziri Cassim Saif Əhməd Əl Sulaiti ilə görüşüb.

Görüşdə Qətər tərəfi “İpək yolu”na, həmçinin Avropa ölkələrinə şaxələnmiş nəqliyyat dəhlizinə çıxış əldə etməyə maraq göstərib.

Gürcüstan tərəfi dəhlizə qoşulmaqla bağlı qarşı tərəfə müxtəlif konkret təkliflər təqdim edib.

N.Turnava bildirib ki, Qətər Gürcüstandan keçən dəhlizlərin və liman infrastrukturunun istifadəsində maraqlıdır: “Dəhliz vasitəsilə Qətərdən olan yüklər hərəkət edir, lakin biz yük daşımalarını daha sistematik etməyə çalışırıq. Bununla yanaşı, Qətər şirkətlərinin Gürcüstandakı infrastruktur layihələrinə cəlb olunmasında da maraqlıyıq”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA