axin.az

SON DƏQİQƏ

Gürcüstanda koronavirusa görə kütləvi tədbirlər ləğv olundu

1-03-2020, 17:20

Gürcüstanda koronavirusa görə kütləvi tədbirlər ləğv olunduGürcüstanda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində ictimai yerlərdə kütləvi tədbirlərin keçirilməsi ləğv olunub.

“Axin.az”in yerli bürosu xəbər verir ki, bu barədə qərarı Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.

Qərar barədə yerli idarəetmə orqanları artıq məlumatlandırılıb.

Şuranın Gürcüstanın baş naziri Giorgi Qaxarianın rəhbərliyi altında keçirilən iclasında bildirilib ki, ölkədə koronavirusa yoluxma ilə bağlı yeni hal aşkarlanmayıb. Qeyd olunub ki, 100-dən çox şəxs karantində saxlanılır.

İclasda bildirilib ki, Gürcüstan ərazisində məktəb, uşaq bağçaları və ictimai nəqliyyatın dezinfeksiyası aktiv fazadadır.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə yeni koronavirusa üç yoluxma halı təsdiq edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA