axin.az

SON DƏQİQƏ

Yaponiyada koronavirusdan ölənlərin sayı artdı

1-03-2020, 11:00

Yaponiyada koronavirusdan ölənlərin sayı artdıYaponiyanın Hokkaydo prefekturasında COVID-19 koronavirusuna yoluxan 70 yaşlı kişi dünyasını dəyişib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bununla da Yaponiyada yeni virusdan ölənlərin sayı 12 nəfərə çatıb.

Ən çox virusa yoluxma halı Hokkaydo adasının şimalında qeydə alınıb. Hazırda xəstəxanalarda 66 nəfər koronavirusdan müalicə alır.

Artıq Hokkaydo prefekturasında koronavirusla əlaqədar fövqəladə vəziyyət elan edilib.

Yaponiya Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə koronavirusun yeni növünə yoluxanların sayı 947 nəfərdir.

Onların 705 nəfəri karantinə alınan “Diamond Princess” gəmisinin sərnişinləridir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA