axin.az

SON DƏQİQƏ

Rusiya İran vətəndaşlarına sərhədini bağladı

28-02-2020, 14:42

Rusiya İran vətəndaşlarına sərhədini bağladıİran vətəndaşlarının Rusiya Federasiyası sərhədlərindən keçməsi müvəqqəti olaraq dayandırılıb.

“Vestnik Kafkaza”nın məlumatına görə, müvafiq sərəncam bir gün əvvəl Baş nazir Mixail Mişustin tərəfindən verilib və Nazirlər Kabinetinin saytında dərc edilib.

“28 Fevral 2020-ci il Moskva vaxtı ilə saat 00:00 dan etibarən… təhsil və məşğulluq, habelə fərdi, turizm və tranzit məqsədi ilə Rusiya Federasiyasının ərazisinə daxil olan İran İslam Respublikası vətəndaşlarının Rusiya Federasiyasının dövlət sərhədindən keçməsi müvəqqəti olaraq dayandırılsın”, - deyə sərəncamda deyilir.

Bundan əlavə, digər bir sərəncamla “Şeremetyevo” hava limanı istisna olmaqla, Rusiya Federasiyasının dövlət sərhədi ərazisindəki hava keçid məntəqələrinə İran ərazisindən xarici vətəndaşların daxil olması müvəqqəti məhdudlaşdırılır.

Sərəncəmda ancaq Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin vətəndaşları, habelə təyyarələrin heyət üzvləri, eləcə də rəsmi nümayəndə heyətlərinin üzvləri və Rusiyada yaşamaq hüququ olan fərdi şəxslər istisna edilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA