axin.az

SON DƏQİQƏ

Məktəb şagirdi riyaziyyat müəllimini bıçaqladı - FOTO

26-02-2020, 16:21

Məktəb şagirdi riyaziyyat müəllimini bıçaqladı - FOTO


Rusiyanın Ulyanovsk vilayətində şagird müəllimini bıçaqlayıb.

REN TV-nin xəbərinə görə, bu gün səhər saatlarında vilayət məktəblərinin birində 15 yaşlı şagird 59 yaşlı riyaziyyat müəlliminə mətbəx bıçağı ilə xəsarət yetirib.

Şagirdin müəllimi ona aşağı qiymət yazdığı üçün bıçaqladığı təxmin edilir.


Vilayət qubernatoru Serqey Morozov “Facebook” səhifəsində hadisəyə münasibət bildirib:

“Təhsil Nazirliyi və Ulyanovsk şəhər administrasiyası bu məsələ ilə məşğul olacaq və bizə məlumat verəcəklər. Biz uşağın nə üçün belə addım atdığını öyrənməliyik. Bu məsələ nəzarətimdədir”.

Qeyd edək ki, faktla bağlı “adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb.

Hadisə yerində əməliyyat-axtarış qrupu çalışır. Hadisənin təfərrüatları araşdırılır.


Məktəb şagirdi riyaziyyat müəllimini bıçaqladı - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA