İsrail hərbçiləri Qəzza ilə sərhəddəki divara bomba yerləşdirmək istəyən fələstinliləri güllələyib.
Axin.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
“Bir müddət əvvəl ÇAXAL hərbçiləri təhlükəsizlik hasarına yaxınlaşaraq bomba yerləşdirən iki fələstinli görüblər. Hərbçilər tərəfindən onlara atəş açılıb”, - məlumatda qeyd olunub.
Məlumata görə, hədəflər məhv edilib.