axin.az

SON DƏQİQƏ

İdmançı arvadı ilə uşaqlarının olduğu maşını yandırdı, özünü isə bıçaqladı - Fotolar

20-02-2020, 15:05

İdmançı arvadı ilə uşaqlarının olduğu maşını yandırdı, özünü isə bıçaqladı - Fotolar


Keçmiş məşhur reqbi oyunçusu Rovan Bakster faciəvi şəkildə ölüb.

"Yeni Sabah" xəbər verir ki, sabiq idmançı affekt halına düşərək özünün, keçmiş həyat yoldaşı və üç övladının da olduğu maşını yandırıb. Hadisə Yeni Zellandiyada baş verib.

Baksterin yoldaşı Hannah maşından tullanaraq xilas olmağı bacarsa da, oyunçu və uşaqları yanaraq dünyasını dəyişib. Hadisə şahidlərinin sözlərinə görə, avtomobildən düşüb qaçan qadın "Üstümüzə benzin tökür" deyə qışqırıb. Baksterin maşında olarkən özünü bıçaqlayaraq intihar etdiyi ekspertiza tərəfindən təsbit edilib.

Keçmiş idmançının hadisəni törətməsinə səbəb kimi onun psixoloji vəziyyətinin yerində olmadığı göstərilir. Baksterdən ötən il boşanan həyat yoldaşı ona uşaqlarını göstərməyib. Bu keçmiş oyunçunu depressiyaya salıb və onun psixoloji durumu dəyişib.

Ailənin dostu Coy Abraham açıqlamasında Rovanın vəziyyətini bu cür şərh edib:

"Rovan bu bir il ərzində özünü çox pis hiss edirdi. Ayrılmaqları onu tamam məhv etmişdi. Bu kədəri daşımaqda çətinlik çəkirdi. Böyük depressiya içində idi. Uşaqlarını da görə bilməməsi onun ürəyini yandırırdı".

Qeyd edək ki, ölümdən xilas olan Hannah hadisə ilə bağlı açıqlama verməyib.


İdmançı arvadı ilə uşaqlarının olduğu maşını yandırdı, özünü isə bıçaqladı - Fotolar
İdmançı arvadı ilə uşaqlarının olduğu maşını yandırdı, özünü isə bıçaqladı - Fotolar
İdmançı arvadı ilə uşaqlarının olduğu maşını yandırdı, özünü isə bıçaqladı - Fotolar
İdmançı arvadı ilə uşaqlarının olduğu maşını yandırdı, özünü isə bıçaqladı - Fotolar
İdmançı arvadı ilə uşaqlarının olduğu maşını yandırdı, özünü isə bıçaqladı - Fotolar


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA