Almaniyanın Hessen əyalətinin Hanau şəhərində baş vermiş atışmada ölənlərin sayı 9 nəfərə çatıb.
Virtualaz.org xarici KİV-lərə xəbər verir ki, insident nəticəsində daha 5 nəfər ağır yaralanıb.
Bildirilir ki, atəş açan şəxsin özü də ölüb və onun yanında daha bir meyit aşkar edilib. Hücumun motivi hələlik məlum deyil.