Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda səyyar xidmətlər göstərməyə başlayıb.
“Axin.az”in yerli bürosu xəbər verir ki, DİN-in Vahid Xidmətlər Mərkəzinin mobil səyyar filialı “vahid pəncərə” sistemi üzrə fəaliyyət göstərir.
Marneuli sakinləri mart ayının 7-dək müasir avadanlıq və elektron tətbiqlərlə təchiz olunan xüsusi furqonda sürücülük vəsiqəsinin dəyişdirilməsi, dövlət nömrə nişanının qeydiyyata alınması, cərimələrin ödənilməsi və digər bu kimi 50-yə yaxın xidmətdən istifadə edə biləcəklər.
Anoloji mobil səyyar filial Borjomidə də fəaliyyət göstərir. DİN-in səyyar filialları ilk olaraq ötən ilin noyabrında Kaxeti və İmereti bölgələrində vətəndaşlara xidmətlər göstərib.
Layihənin məqsədi polis xidmətlərinə əlçatanlığın artırılmasıdır.