axin.az

SON DƏQİQƏ

Gürcüstanda qatar yandı, sərnişinlər təxliyə edildi - VİDEO - YENİLƏNİB

14-02-2020, 14:34

Gürcüstanda qatar yandı, sərnişinlər təxliyə edildi - VİDEO - YENİLƏNİBZuqdidi-Tbilisi sərnişin qatarında yanğına kontakt şəbəkəsində baş verən qısaqapanma səbəb olub.

“Axin.az”in yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC-nin yaydığı məlumatda deyilib.

Bildirilib ki, qəza nəticəsində qatarın hərəkəti dayandırılıb və sərnişinlər alternativ yolla təyinat məntəqəsinə çatdırılıblar.

Sərnişinlər arasında xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

*** 13:42

Gürcüstanda Zuqdidi-Tbilisi sərnişin qatarında yanğın baş verib.

“Axin.az”in yerli bürosu xəbər verir ki, yanğın qatar Abaşa şəhəri yaxınlığından keçərkən başlayıb.

Sərnişinlər qatardan təxliyə edilib. Yanğın zamanı xəsarət alanların olmadığı bildirilir.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA