ABŞ Suriyanın şimalında Bəşşar Əsədə sadiq qüvvələrin mövqelərini bombalayır.
“Axin.az” “News Observatory”yə istinadən xəbər verir ki, əməliyyatları ABŞ-ın Hərbi Hava Qüvvələri gerçəkləşdirir.
Məlumata görə, Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Qamışlı şəhərində rejim qüvvələri və ABŞ patrul xidməti arasında qarşıdurma baş verib.
Bu səbəbdən əraziyə ABŞ-ın Hərbi Hava Qüvvələri də cəlb edilib.