Yeni növ koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyinin yayılmasının dünya iqtisadiyyatına təsiri fevralın 22-23-də Səudiyyə Ərəbistanında keçiriləcək G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşünün əsas mövzusu olacaq.
“Axin.az” TASS-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Məlumata görə, görüş iştirakçıları məhsul tədarükü zəncirinin pozulmasına və turist axınının azalmasına səbəb olan mövcud vəziyyətlə əlaqədar mümkün əks-tədbirlər barədə müzakirə aparacaqlar.
Qeyd edək ki, yeni növ koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyi 2019-cu il dekabrın sonlarında Çinin Uhan şəhərindən yayılmağa başlayıb.