axin.az

SON DƏQİQƏ

Karantinə alınmış kruiz gəmisində koronavirusa yoluxanların sayı 60-ı keçdi

7-02-2020, 10:47

Karantinə alınmış kruiz gəmisində koronavirusa yoluxanların sayı 60-ı keçdiYaponiyanın Yokohama şəhəri yaxınlığında karantində saxlanılan “Diamond Princess” kruiz gəmisində koronavirusa yoluxanların sayı 61-ə çatıb.

Bu barədə TASS Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinə istinadla məlumat verib.

Fevralın 7-nə olan məlumata görə, koronavirus Yaponiya, ABŞ, Avstraliya, Kanada və Argentina vətəndaşlarında müəyyən olunub.

Ümumilikdə, gəmidə 50 ölkədən olan 3700 nəfərdən artıq sərnişin var. Onların hər biri 14 gün müddətində kayutlarında karantində qalacaqlar.

Xatırladaq ki, fevralın 5-də sərnişinlərdən birində virus aşkarlandıqdan sonra “Diamond Princess” Yaponiya sahillərində lövbər atıb. Ötən gün 20 nəfərdə diaqnoz təsdiqlənmişdi.

Son məlumatlara görə, Çinin Hubey vilayətində yeni növ koronavirusdan ölənlərin sayı 618 nəfərə çatıb. Daha əvvəl Hubeydə koronavirusdan 549 nəfərin vəfat etdiyi bildirilirdi.

Məlumata əsasən, vilayətdə virusa yoluxanların sayı 22 112 nəfər təşkil edib. Bundan əlavə, 817 nəfər bu xəstəlikdən tamamilə sağalıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA