Ə.Elçibəy hökumətində Azərbaycanın Daxili İşlər naziri olmuş, millətçi Azərbaycan Bozqurdları (Boz Qurdlar) partiyasının keçmiş lideri İsgəndər Həmidov bir neçə saat əvvəl, həyatının 72-ci ilində dünyasını dəyişib.
Bir neçə gün əvvəl İ.Həmidov Bakıdakı Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.