axin.az

SON DƏQİQƏ

Daha bir təyyarə təcili eniş etdi

25-01-2020, 13:19

Daha bir təyyarə təcili eniş etdiNovosibirskdən Vyetnamın Kamran şəhərinə reys həyata keçirən Rusiyanın “S7 Airlines” aviaşirkətinə məxsus təyyarə səmada olarkən yaranan texniki nasazlıq səbəbindən aeroporta qayıdıb.

Bu barədə “İnterfaks” xəbər yayıb.

Məlumata görə, təyyarədə 168 sərnişin və heyət üzvü olub. Nasazlıq təyyarədə uçuşdan üç saat sonra qeydə alınıb.
Sərnişinlər daha sonra başqa təyyarə ilə yola salınıblar.

Baş verənlərə görə yoxlamalara başlanılıb.

Qeyd edək ki, bundan əvvəl də eyni marşrut üzrə reys həyata keçirmək istəyən təyyarədə fövqəladə hal yaşanmışdı. Belə ki, təyyarə işə düşərkən mühərrik alışmışdı. Göyərtədə həmin vaxt 180-dən artıq sərnişin var idi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA