axin.az

SON DƏQİQƏ

İsraildə Milli Qəhrəmanımız Albert Aqarunovun xatirəsinə həsr olunmuş layihə həyata keçiriləcək

21-01-2020, 18:45

İsraildə Milli Qəhrəmanımız Albert Aqarunovun xatirəsinə həsr olunmuş layihə həyata keçiriləcəkFevralın 2-də İsrailin Tel-Əviv şəhərində Rusiya Mədəniyyət Mərkəzində “Qürbətdən Vətən Sədaları: İsrail-Azərbaycan” layihəsi həyata keçiriləcək.

Mədəniyyət Mərkəzindən Axin-a bildirilib ki, Azərbaycan Gənclər Gününə təsadüf edən layihə Azərbaycan Gənclər Fondunun 13-cü qrant müsabiqəsində qalib elan olunub. Milli Qəhrəmanımız Albert Aqarunovun əziz xatirəsinə həsr olunmuş tədbirin İsrail tərəfdən təşkilati dəstəyi “AZİZ” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasıdır.

Layihədə məqsəd İsraildə yaşayan azərbaycanlı gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi, həmçinin tədbir vasitəsilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə bir daha çatdırılmasıdır. Bədii hissədə Xalq artisti Zümrüd Məmmədova, beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli (piano), Neymət Mürsəlov (tar), İlahə İsrafilova (bəstəkar) ilə yanaşı, İsraildə təhsil alan azərbaycanlı peşəkar skripkaçılar Zərifə Alxazova və Qəmər Kərimlinin iştirakı gözlənilir.

Tədbirdə Azərbaycanın görkəmli bəstəkarları Ü.Hacıbəyli, V.Adıgözəlov, Q.Qarayev, F.Əlizadə, İ.İsrafilovanın əsərləri ilə yanaşı, dünya bəstəkarların əsərləri səsləndiriləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA